25 
Noy
2019
16:40
31
142
4430
Virtual karabakh

Rusiyada azərbaycanlı mühafizəçi içib polislərə cumdu

25 Noy, 2019
16:40
4430

Rusiyada azərbaycanlı mühafizəçi içib polislərə cumdu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Novosibirsk özəl təhlükəsizlik şirkətinin əməkdaşı, əslən azərbaycanlı olan 55 yaşlı kişi Novokuznetsk şəhərində yersiz davranışları ilə münaqişə törədib.

Bu barədə “City-N” xəbər yayıb.

Bildirilir ki, spirtli içki qəbul edən yaşlı kişi avtovağzalın binasına girərək, tanımadığı şəxsləri təhqir etməyə, yerdə sürünməyə və hər formada asayiş qaydalarını pozmağa başlayıb.

Hadisə yerinə gələn polis əməkdaşları onu sakitləşdirə bilməyiblər. Təhlükəsizlik şirkətinin əməkdaşı polisləri gördükdə onların da ünvanına təhqiredici ifadələr işlədib və alçaltmağa başlayıb.

Azərbaycanlı şəxs saxlanılıb. Ona qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 319-cu maddəsinə əsasən cinayət işi açılıb.

Məlumata görə, ilkin istintaq zamanı şübhəli özünün təqsirini etiraf edib. Hazırda təsdiq edilmiş ittiham aktı ilə cinayət işi mahiyyəti üzrə məhkəməyə göndərilib.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri