27 
Noy
2019
23:32
15
232
4463
Virtual karabakh

Lənkəranda 14 yaşlı yeniyetməni maşın vurub öldürdü

27 Noy, 2019
23:32
4463

Lənkəranda 14 yaşlı yeniyetməni maşın vurub öldürdü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Lənkəranda piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. 

Oxu.Az xəbər verir ki, hadisə axşam saatlarında Girdəni kəndində baş verib. 

14 yaşlı Quliyev Yunis Mirdavud oğlu qardaşı ilə birgə yolu keçərkən Bədəlov Fuad Səməd oğlunun idarə etdiyi 90-PG-841 dövlət qeydiyyat nömrə nişanlı “Hyundai” markalı maşın tərəfindən vurulub.  

Daxili qanaxma şübhəsi diaqnozu ilə xəstəxanaya aparılan yeniyetmənin həyatını xilas etmək mümkün olmayıb.  

Onun meyiti daxili və xarici müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə təhvil verilib.  

Faktla bağlı araşdırma aparılır.  

Rövşən Mövla 

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri