Dek
2019
12:37
80
65
2997
Virtual karabakh

Əcnəbilər Bakıda maşında yatdılar, oyananda soyulduqları məlum oldu

3 Dek, 2019
12:37
2997

Əcnəbilər Bakıda maşında yatdılar, oyananda soyulduqları məlum oldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyə vətəndaşları Bakıda qarət olunub.

Oxu.Az xəbər verir ki, hadisə paytaxtın Səbail rayonu ərazisində qeydə alınıb.

Belə ki, 1968-ci il təvəllüdlü Deveçi Kadrı Nechat oğlu gecə saat 01:30 radələrində idarə etdiyi  yük avtomobilini dayanacaqda saxlayaraq, dostu Yaşar Akdenizlə maşında yatıb.

Onlar səhər yuxudan oyananda özlərinə məxsus “Samsung Galaxy A20” və “Samsung Galaxy S6” markalı mobil telefonlarının avtomobildən oğurlandığını görüblər.

Faktla bağlı araşdırma aparılır.

Dursun Tağıyeva

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri