Dek
2019
22:05
83
19
3175
Virtual karabakh

Prokuror kafedə müdirini qətlə yetirən şəxsə ağır cəza istədi

Bakıda kafedə qətl törtməkdə təqsirləndirilən Əmrah Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.  

Oxu.Az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib.  

O, Ə.Hüseynovun 18 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.  

Proses dekabrın 9-da davam etdiriləcək.  

Qeyd edək ki, hadisə paytaxtın Binəqədi rayonunda, 9 saylı yataqxananın qarşısındakı kafedə baş verib. Həmin kafenin icarədarı, Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Danzik kəndində anadan olmuş, 1972-ci il təvəllüdlü Sadıqov Zahid Yaqub oğlunun üzərində xəsarətlər olan meyiti kafedə aşkar edilib.  

Faktla bağlı Binəqədi rayon Prokurorluğunda cinayət işi başlanıb. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qətl hadisəsini törətməkdə şübhəli bilinən 1998-ci il təvəllüdlü Hüseynov Əmrah Xəyal oğlu tutularaq istintaqa cəlb edilib.  

Məlumata görə, Ə.Hüseynov hadisədən əvvəl kafedə Z.Sadıqovla yemək yeyib və spirtli içki qəbul edib. Sərxoş vəziyyətdə olan tanışlar arasında mübahisə yaranıb və nəticədə Ə.Hüseynov kafenin icarədarını qətlə yetirib.  

Ona Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham verilib. 

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri