29 
Dek
2019
13:41
26
97
4104
Virtual karabakh

Bakıda çörək zavodunun direktoru şantaj olunub

29 Dek, 2019
13:41
4104

Bakıda çörək zavodunun direktoru şantaj olunub

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda “Nur” çörək zavodunun direktoru şantaja və pul tələbinə məruz qalıb.

Bu barədə Oxu.Az-a Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsindəki mənbə məlumat verib.

Dekabrın 28-də müəssisənin direktoru, 1977-ci il təvəllüdlü Söhrab Cabbarov 17-ci Polis Bölməsinə müraciət edərək, saat 09:00 radələrində Ziyad adlı birinin ona zəng etdiyini deyib. O, “Nur” zavodunda hazırlanmış çörəkdən bir parça rezin tapdığını bildirib.

Həmin adam sahibkara tələb olunan məbləği ödəməyəcəyi təqdirdə keyfiyyətsiz məhsulla bağlı Qida Təhlükəsizliyi Agentliyinə şikayət edəcəyi ilə hədələyib. Onun zavod direktorundan nə qədər pul tələb etdiyi hələlik bilinmir.

Faktla əlaqədar istintaq başladılıb, şübhəli şəxsin kimliyi müəyyənləşdirilib. Məlum olub ki, bu, Naxçıvan Muxtar Respublikasının Babək rayon sakini Ziyad Abbasovdur.

Oxu.Az-ın əməkdaşı ilə telefon danışığında zavod direktoru məlumatı təsdiqləyib, ancaq istintaq getdiyini bildirərək, şərh verməkdən imtina edib.

Ramella İbrahimxəlilova

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri