Yan
2020
16:47
33
421
27061
Virtual karabakh

10 yaşlı Nərminin nənəsi: “Dedilər ki, od vurublar uşağıma, yanır” - VİDEO

7 Yan, 2020
16:47
27061

10 yaşlı Nərminin nənəsi: “Dedilər ki, od vurublar uşağıma, yanır” - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ötən gün Tovuz rayonunda 10 yaşlı Nərmin Şərif qızı Quliyevanın yandırılmış meyitinin tapılması ölkə gündəmini zəbt edib.

Onun ölümü ilə bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırmalara başlayıb.

Bu gün Daxili İşlər Nazirliyinin, Baş Prokurorluğun, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin və Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyinin əməkdaşları hadisə yerinə baxış keçiriblər.

İş üçün zəruri olan bütün maddi sübutlar götürülüb. Azyaşlının meyiti ərazidən götürülərək ekspertizaya göndərilib. 10 yaşlı uşağın meyitini ətrafdakı insanlar aşkar edib.

Baku TV-nin xəbərinə görə, Nərminin nənəsi Minayə İsmayılova deyir ki, nəvəsi itkin düşməmişdən əvvəl əmisigilə gedib. Daha sonra isə ana nənəsinin evində olub:

“İşdən gəldim, gördüm ki, maşınlar yığılıb bura, dedilər ki, uşağımı gətirib tullayıblar bura, benzin töküb yandırıblar, qonşular keçəndə söndürüb. Xahiş edirəm, mənim bu düşmənimi tapın”.

Hazırda iş üzrə cinayəti törətmiş şəxs və ya şəxslərin müəyyən edilməsi istiqamətində zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri