Yan
2020
09:45
182
16
3675
Virtual karabakh

Xaçmazda narkotik satan şəxs tutuldu

8 Yan, 2020
09:45
3675

Xaçmazda narkotik satan şəxs tutuldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xaçmazda narkotik vasitələrin dövriyyəsində və satışında şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan verilən məlumata görə, RPŞ-nin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində rayon sakini Çingiz Məmmədov saxlanılaraq polis şöbəsinə gətirilib. 

Hal şahidlərinin iştirakı ilə onun üzərinə baxış keçirilən zaman qurudulmuş marixuana aşkar olunub.

Dindirilmə zamanı Ç.Məmmədov rayon ərazisində narkotik maddələrin satışı ilə məşğul olduğunu etiraf edib.

Qeyd olunan faktla bağlı Xaçmaz RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

 

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri