Yan
2020
16:10
13
165
2405
Virtual karabakh

Bakıda zoomağazanın sahibinə bıçaqla hücum edilib

9 Yan, 2020
16:10
2405

Bakıda zoomağazanın sahibinə bıçaqla hücum edilib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakının Xəzər rayonunda mağaza sahibi soyğunçuluğun qurbanı olub.

Bu barədə Oxu.Az-a Xəzər Rayon Polis İdarəsindən məlumat verilib.

Bildirilib ki, cinayət yanvarın 7-də 16:00 radələrində Mərdəkan qəsəbəsində yerləşən zoomağazada törədilib.

Hücuma məruz qalan şəxs 1953-cü il təvəllüdlü Hikmət Bəhlul oğlu Babayevdir. Cinayətkar H.Babayevin üzünə və boyun nahiyəsinə beş bıçaq zərbəsi endirərək onun 14 min manat pulunu oğurlayıb.

Hadisəni törədən şəxslərin kimliyi müəyyənləşdirilib. Bu, 1998-ci il təvəllüdlü Ehtiram Əliyev və 1999-cu il doğumlu Ələsgər Əliyevdir. Onlar Xəzər rayonunun 1-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıblar.

Faktla əlaqədar cinayət işi açılıb. İstintaq aparılır.

Qeyd edək ki, cari ilin yanvar ayından başlayaraq Daxili İşlər orqanlarının əməkdaşları tərəfindən altı soyğunçuluq faktı qeydə alınıb, hər bir cinayət hadisəsinin üstü açılıb. 

Ramella İbrahimxəlilova

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri