11 
Yan
2020
17:05
67
336
13795
Virtual karabakh

Arvadını öldürdü, baldızını doğradı - MƏHKƏMƏ

11 Yan, 2020
17:05
13795

Arvadını öldürdü, baldızını doğradı - MƏHKƏMƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda qətl hadisəsi törətməkdə təqsirli bilinən Samiq Quliyevin cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Oxu.Az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. 

Məhkəmənin baxış iclası yanvarın 14-nə təyin edilib. 

İttihama görə, hadisə Binəqədi şossesi, döngə 4 ünvanında baş verib. 1989-cu il təvəllüdlü Kürdəmir rayon sakini Ruhəngiz Mahmudova həyat yoldaşı, İmişli rayon sakini Samiq Quliyev tərəfindən bıçaqlanıb.

Hadisə zamanı Ruhəngiz Mahmudova 14 bıçaq xəsarəti alıb. Daha sonra Samiq Quliyev baldızı, Kürdəmir rayon sakini, 1987-ci il təvəllüdlü Roza Mahmudovaya beş bıçaq zərbəsi vurub. Hadisəni törədən Samiq Quliyev ərazidən qaçıb. Yaralılar Binəqədi rayon Polis İdarəsinin 6-cı polis bölməsinin əməkdaşları tərəfindən 1 saylı Xəstəxanaya çatdırılıb.

Ruhəngiz Mahmudova çoxlu qan itirdiyi üçün həyatını xilas etmək mümkün olmayıb. O, xəstəxanada dünyasını dəyişib. Roza Mahmudovaya göstərilən ixtisaslı tibbi yardım nəticəsində həyatını xilas etmək mümkün olub.

Məlum olub ki, Rühəngiz Mahmudova həyat yoldaşı Samiq Quliyevdən boşanmaq istəyib. Buna qarşı çıxan Samiq Quliyev həyat yoldaşı ilə mübahisə edib. Mübahisə zamanı onların işinə Roza Mahmudova da müdaxilə edib. Sonda Samiq Quliyev bıçağa əl atıb və sonda qanlı olay baş verib.

İstintaq orqanı tərəfindən Samiq Quliyevin barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd etmə) maddələri ilə ittiham olunub.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri