18 
Yan
2020
22:19
20
273
7005
Virtual karabakh

Bakıda 29 yaşlı gənci döyüb xəstəxanalıq etdilər

18 Yan, 2020
22:19
7005

Bakıda 29 yaşlı gənci döyüb xəstəxanalıq etdilər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xətai rayonunda döyülmə hadisəsi baş verib.  

Oxu.Az xəbər verir ki, hadisə Nobel prospektində, “Günəş” marketin yaxınlığında qeydə alınıb.  

1991-ci il təvəllüdlü Əliyev Ağacan İntiqam oğlu tanıdığı şəxslərlə mübahisə edib.  

Nəticədə A. Əliyev döyülərək baş nahiyəsindən ağır xəsarətlər alıb. Yaralı huşsuz vəziyyətdə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.  

Qapalı kəllə-beyin travması, üzün çoxsaylı kəsilmiş yarası diaqnozu qoyulan A.Əliyev Reanimasiya şöbəsinə yerləşdirilib.  

Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.  

Kamil Əmirli 

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri