21 
Yan
2020
15:15
117
42
6153
Virtual karabakh

Bakıda mağazadan oğurluq kameraya düşdü - ANBAAN VİDEO

21 Yan, 2020
15:15
6153

Bakıda mağazadan oğurluq kameraya düşdü - ANBAAN VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda mağazadan oğurluq edən şəxslər təhlükəsizlik kamerasına düşüb.

Oxu.Az xəbər verir ki, Xətai rayonunda qeydə alınan hadisənin görüntülərini mağaza sahibi İlham Həsənov redaksiyamıza göndərib. 

Həzi Aslanov qəsəbəsində yerləşən ərzaq mağazasından iki nəfər oğurluq edib. 

Mağazanın sahibi bildirib ki, biri satıcının başını qatıb, digəri isə spirtli içkini götürüb və paltosunun yaxasında gizlədib.

İ.Həsənovun sözlərinə görə, həmin şəxslər əvvəllər də bir neçə dəfə onun mağazasından oğurluq edib. 

O, faktla bağlı hüquq-mühafizə orqanlarına şikayət edib.

Mağaza sahibinin görüntüləri təqdim etməkdə məqsədi onların digər oğurluqlarının qarşısını almaqdır.

Dursun Tağıyeva

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri