23 
Yan
2020
09:54
151
17
3557
Virtual karabakh

Biləsuvarda narkoəməliyyat: 16 kq narkotik və silah-sursat ələ keçdi

23 Yan, 2020
09:54
3557

Biləsuvarda narkoəməliyyat: 16 kq narkotik və silah-sursat ələ keçdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Biləsuvar polisi ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə narkotik vasitələr keçirən İran vətəndaşlarını saxlayıb. 

Bununla bağlı DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupu məlumat yayıb.

Bildirilib ki, onlardan ümumilikdə 16 kiloqram 400 qram narkotik vasitə və psixotrop maddə, həmçinin, şilah-sursat aşkarlanıb.

Belə ki, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Arazbarı kəndi ərazisində iki nəfər İran İslam Respublikası vətəndaşı - Rövşən Nusrəti və Rəsul Modiri saxlanılaraq rayon polis şöbəsinə gətirilib.

Polis Şöbəsində onların əlində olan qara çantaya baxış keçirilərkən oradan 5 kiloqram 500 qram narkotik vasitə heroin, 5 kiloqram 300 qram narkotik vasitə tiryək, 5 kiloqram 600 qram psixatrop maddə olan metamfetamin, bir ədəd “Makarov” tipli tapança, həmin silaha aid altı ədəd patron, bir ədəd qaz balonu və bir ədəd ov bıçağı aşkar edilərək götürülüb. Həmin şəxslərin bildirdiyinə görə narkotik vasitələri İran vətəndaşı olan “Əli” adlı şəxsin sifarişi ilə qaçaq yolla Azərbaycan Respublikasının ərazisinə gətiriblər və əvvəlcədən müəyyən edilmiş yerdə gizlədərk geri qayıtmalı idilər. 

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri