Fev
2020
17:40
21
185
3864
Virtual karabakh

Bakıda bir gündə 38 oğurluq faktı

9 Fev, 2020
17:40
3864

Bakıda bir gündə 38 oğurluq faktı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Son sutka ərzində Bakı şəhərində Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları tərəfindən 38 şəxsin əmlakının oğurlanması faktı qeydə alınıb.

Bu barədə Oxu.az-a hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən məlumat verilib.

Sabunçu rayonunun Yeni Ramana qəsəbəsində naməlum şəxslər 1986-cı il təvəllüdlü Zinharə Qocayevanın evinə pəncərədən daxil olaraq, onun 8200 manat pulunu oğurlayıblar. Oğurluq hadisəsini Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis bölməsi araşdırır.

Xətai rayonunda 1992-ci il təvəllüdlü Ləman Seyidzadə oğurluq hadisəsinin qurbanı olub. L.Seyidzadə Xətai Rayon Polis İdarəsinin 37-ci Polis şöbəsinə şikayət ərizəsi ilə müraciət edərək, mənzilindən 3500 ABŞ dolları dəyərində (5950 manat) üç ədəd əl saatının oğurlandığı haqqında məlumat verib.

Suraxanı rayonu Yeni Ramana qəsəbəsində 1982-ci il təvəllüdlü Amil Məmmədova məxsus hindən 12 ədəd toyuq oğurlanıb.

Binəqədi qəsəbə sakininin yeddi ördəyinin oğurlanması faktı isə təsdiqini tapmayıb.

Novxanı bağ massivi sakini 1964-cü il təvəllüdlü Vaqif Məmmədov 43-cü polis bölməsinə məlumat verib ki, fevralın 5-də onun yeddi ədəd ördəyini oğurlayıblar. Fevralın 8-də ördəklər sahibinin evinə qayıdıb.

Qeyd edək ki, son 24 saat ərzində DİN-in paytaxtda xidmət aparan əməkdaşları tərəfindən 11 şəxsi əmlak oğurluğunun üstü açılıb.

Ramella İbrahimxəlilova

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri