11 
Fev
2020
17:26
16
99
5129
Virtual karabakh

Azadlığa çıxan “Antalya Mehman” məhkəməyə müraciət etdi

11 Fev, 2020
17:26
5129

Azadlığa çıxan “Antalya Mehman” məhkəməyə müraciət etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda qadınları fahişəliyə cəlb etməkdə təqsirləndirilən “Antalya Mehman” ləqəbi ilə tanınan Mehman Həsənov yenidən məhkəmə qarşısına çıxarılır. O, barəsində olan hökmdən kassasiya şikayəti verib.

Oxu.Az xəbər verir ki, şikayət hakim Tahir Kazımovun icraatına verilib.

Məhkəmənin vaxtı hələlik açıqlanmayıb.

Qeyd edək ki, hüquq-mühafizə orqanları 2018-ci il Nəsimi rayonu ərazisində masaj salonu adı altında əxlaqsız yuvaları aşkarlayıb. Həmin masaj salonun administratoru Güləndam Murtuzova saxlanıb.

Onun həbsindən sonra məlum olub ki, Güləndamın administrator işlədiyi əxlaqsız yuvalarının fəaliyyətinə Həsənov Mehman Telman oğlu və Qəhrəmanov Baxşəli Abdulla oğlu rəhbərlik edib. Nəticədə, həmin şəxslər saxlanılaraq barələrində həbs-qətimkan tədbiri seçilib.

Hər üç şəxsə Cinayət Məcəlləsinin 243-cü (fahişəliyə cəlb etmə) maddəsi ilə ittiham verilib.

Nəsimi Rayon Məhkəməsinin hökmü ilə hər üç şəxs barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti) maddəsi tətbiq edilib və onlara şərti cəza verilib. Onlar məhkəmə zalından azadlığa buraxılıb.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri