13 
Fev
2020
09:36
11
147
3462
Virtual karabakh

Bakıda kişi arvadını burnundan bıçaqladı

13 Fev, 2020
09:36
3462

Bakıda kişi arvadını burnundan bıçaqladı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda ər arvadına avtomobildə xəsarət yetirib.

Report-un xəbərinə görə, hadisə fevralın 12-də, saat 08:30 radələrində, paytaxtın Binəqədi rayonu, “Azadlıq” prospekti ərazisində qeydə alınıb.

Belə ki, 1978-ci il təvəllüdlü F.İsmayılov “Nissan” markalı avtomobildə mübahisə zəminində həyat yoldaşının burnuna bıçaqla xəsarət yetirib.

Daha sonra qadın hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət edib.

Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış nəticəsində F.İsmayılov saxlanılıb.

Onun üzərinə baxış keçirilən zaman 0,208 qram heroin, iki ədəd metadon və bir ədəd tramadol aşkar edilərək götürülüb.

F.İsmayılovun həyat yoldaşının xəsarəti yüngül olduğu üçün xəstəxanaya müraciət etməyib.

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri