19 
Fev
2020
13:51
191
20
3103
Virtual karabakh

Bakıda avtobuslarda sərnişinlərə qarşı cibgirlik edən saxlanıldı - VİDEO

19 Fev, 2020
13:51
3103

Bakıda avtobuslarda sərnişinlərə qarşı cibgirlik edən saxlanıldı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən sərnişin avtobuslarında çoxsaylı cibgirlik edən şəxs saxlanılıb. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, əməliyyat tədbiri zamanı sərnişinlərin sıx olduğu vaxtlarda 81,12, 46 və s. xətt üzrə hərəkət edən avtobuslarda cibgirlik edən paytaxt sakini, əvvəllər məhkum olunmuş Fərid Kərimov tutulub.

F.Kərimov ifadəsində 2019-cu ildən başlayaraq saxlanılan günə qədər avtobuslarda ümumilikdə qırxa yaxın sərnişinin cibindən pul, mobil telefon və digər qiymətli əşyalar oğurladığını bildirib. 

Faktlarla bağlı Xətai Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir. 

F.Kərimovun Xətai rayonunda, eləcə də paytaxt ərazisində başqa analoji cinayətlər etdiyi istisna olunmur. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə ərazi üzrə polis idarə, şöbə və bölmələrinə, habelə DİN-in “102” Zəng Mərkəzinə məlumat verə bilərlər.

 

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri