20 
Fev
2020
11:13
14
136
9955
Virtual karabakh

Sumqayıtda sevgilisindən ayrılıb, özünü ağzından güllələyən kişinin məktubu tapıldı - FOTO

20 Fev, 2020
11:13
9955

Sumqayıtda sevgilisindən ayrılıb, özünü ağzından güllələyən kişinin məktubu tapıldı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fevralın 19-da Sumqayıtda H.Z.Tağıyev qəsəbəsində baş verən intiharın təfərrüatı məlum olub. Belə ki, Vitali Qreçkin intihar etməzdən əvvəl ölümqabağı məktub yazıb.

Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Daha əvvəl xəbər verilmişdi ki, 1975-ci il təvəllüdlü V.Qreçkin babasından miras qalan ov tüfəngi ilə özünü ağızdan vurub. Hadisə başqa bir şəxsə məxsus həyət evində təxminən saat 14:20 radələrində  baş verib. V. Qreçkinin meyiti ilk olaraq ev sahibi tərəfindən aşkar edilib.

Hadisə yerində tapılan məktubda hər şeyin diktofona yazıldığı qeyd olunub. 

Hüquq-mühafizə orqanlarının əməkdaşları diktofonda V.Qreçkinlə həyat yoldaşı arasında olan telefon danışığının audio yazısını aşkarlayıblar. Qadın Rusiyada yaşamağa gedib və kişi ondan qayıtmasını istəyib. Lakin qadın qayıtmaqdan imtina edib. Nəticədə, V.Qreçkin depressiyaya düşüb və özünü vurub.

Ramella İbrahimxəlilova 

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri