26 
Fev
2020
16:52
12
138
6782
Virtual karabakh

Azərbaycanda dəhşətli cinayətin qurbanlarının kimlikləri bilindi

26 Fev, 2020
16:52
6782

Azərbaycanda dəhşətli cinayətin qurbanlarının kimlikləri bilindi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Masallı rayonunda törədilən dəhşətli qətl hadisəsi nəticəsində ölənlərin və yaralının kimliyi məlum olub. 

Oxu.Az xəbər verir ki, hadisə bu gün günorta saatlarında rayonun Təzəkənd kəndində qeydə alınıb.

Kənd sakini, 1988-ci il təvəllüdlü Ağayev Sarvan Azayxan oğlunun keçmiş qayınanası Nəbiyeva Zemfira Ələsgər qızı onun evinə gələrək, orada mübahisə edib. 

Mübahisə nəticəsində o, ov tüfəngi ilə keçmiş həyat yoldaşı, 1999-cu il təvəllüdlü Nəbiyeva Alimə Əli qızını güllələyərək qətlə yetirib. 

S.Ağayev daha sonra keçmiş qaynı, 1995-ci il təvəllüdlü Nəbiyev Miralim Əli oğlunu və qayınanası, 1977-ci il təvəllüdlü Nəbiyeva Zəmfira Ələsgər qızını güllələyib. 

Hadisə zamanı M.Nəbiyev də hadisə yerində ölüb, Z.Nəbiyeva isə ağır bədən xəsarətləri ilə Masallı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hadisədən sonra S.Ağayev özünü də boğazından güllələyib.

Masallı Rayon Mərkəzi xəstəxanasından Oxu.Az-a bildirilib ki, hadisəni törədən S.Ağayev və onun qayınanası Z.Nəbiyeva ağır bədən xəsarətləri ilə bir saat əvvəl xəstəxanaya gətirilib.

“Hazırda onlar əməliyyat otağındadır, vəziyyətləri ağırdır”.

Faktla bağlı araşdırma aparılır.

Dursun Tağıyeva

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri