27 
Fev
2020
09:37
12
162
7523
Virtual karabakh

Azərbaycanda qəzəbli keçmiş ərin qəddarlığı: Hamamda qadını öldürdü, sonra... - TƏFƏRRÜAT

27 Fev, 2020
09:37
7523

Azərbaycanda qəzəbli keçmiş ərin qəddarlığı: Hamamda qadını öldürdü, sonra... - TƏFƏRRÜAT

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Salyanda baş verən dəhşətli cinayətin təfərrüatı məlum olub.

Oxu.Az xəbər verir ki, hadisə rayonun Əliağa Kürçaylı küçəsində qeydə alınıb.

Belə ki, rayon sakini 1962-ci il təvəllüdlü Ələkbər Hüseynov bir il əvvəl ayrıldığı 1970-ci il təvəllüdlü Nübubət Hüseyinovanı qətlə yetirərək, evi yandırıb.

Səhər saatlarında keçmiş həyat yoldaşının evinə gələn Ə.Hüseynov qapının bağlı olduğunu görərək, hasardan keçib və evə daxil olub. Bu vaxt hamamda olan N.Hüseynovanı orada qətlə yetirib. Daha sonra oğlu Fərhad Hüseynova məxsus olan “Jiquli” markalı maşını yandırıb. Sakitləşməyən Ə.Hüseynov evi də yandıraraq polisə gedib və təslim olub.

Qeyd edək ki, Ə.Hüseynovun toyuq ferması olub. Həyat yoldaşından ayrılsa da, onların arasında tez-tez münaqişə olub.

Faktla bağlı araşdırma aparılır.

Dursun Tağıyeva

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri