28 
Fev
2020
10:51
20
121
3631
Virtual karabakh

Oğuzdakı qətlin təfərrüatı: Yonca toxumu üstündə qan töküldü

28 Fev, 2020
10:51
3631

Oğuzdakı qətlin təfərrüatı: Yonca toxumu üstündə qan töküldü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Oğuz rayonundakı qətl hadisəsinin təfərrüatı məlum olub.

Trend-in məlumatına görə, rayonun Kərimli kəndində baş verən qətl hadisəsi yonca toxumu üstündə baş verib.

Belə ki, qətlə yetirilən 1965-ci il təvəllüdlü Elşən Füruddin oğlu Abdullayev kənddə tingçiliklə məşğul olurmuş və kənd ərazisində ting satırmış. Qətl hadisəsini törədən Məsumov Zərgəm Məmməd oğlu isə bu gün səhər saatlarında həmin əraziyə bir kisə yonca bitkisinin toxumunu gətirərək satmaq istəyib.

Z.Məsumov gətirdiyi yonca kisəsini E.Abdullayevin avtomobilinə söykəyib, bu isə E.Abdullayevin xoşuna gəlməyib.

Tərəflər arasında mübahisə başlayıb və E.Abdullayev Z.Məsumovu söyüb. Z.Məsumov da evə gedərək, saxladığı of tüfəngini götürüb və geri qayıdıb, E. Abdullayevi güllələyib. E.Abdullayev hadisə yerində ölüb.

Hadisəni törədən şəxs silahla birlikdə Oğuz Rayon Polis Şöbəsinə gedərək, hadisəni törətdiyini bildirib və təslim olub.

Faktla bağlı cinayət işi başlanıb.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri