29 
Fev
2020
12:59
14
258
4544
Virtual karabakh

Həbsdəki oğluna yeməyin içində narkotik gətirdi - FOTO

29 Fev, 2020
12:59
4544

Həbsdəki oğluna yeməyin içində narkotik gətirdi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı İstintaq Təcridxanasına narkotik və psixotrop maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Cinayət Məcəlləsinin 234.4.3-cü (narkotik) maddəsinə əsasən təqsirli bilinərək həbs edilən Qafarov Namiq Alim oğluna anası, Bakı şəhər sakini Qafarova Nailə Vəli qızı tərəfindən gətirilən sovqata baxış keçirilən zaman yeməyin içərisində gizlədilən bükülülərdə 0,785 qram narkotik maddə – heroin və 0,206 qram psixotrop maddə – metamfetamin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri