Mar
2020
16:17
15
120
3476
Virtual karabakh

Şübhəli soyğun hadisəsi: Qayınananın pul və qızılı oğurlandı

2 Mar, 2020
16:17
3476

Şübhəli soyğun hadisəsi: Qayınananın pul və qızılı oğurlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakının Suraxanı rayonunun 20 yaşlı sakini qarət olunub. Naməlum şəxslər evə girib onun əl-qolunu bağlayıblar.

Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat daxil olub.

Hövsan qəsəbə sakini Günel Bəyməmmədli Suraxanı rayonunun 30-cu Polis Bölməsinə müraciət edib. Onun ifadəsinə görə, martın 1-də saat 20:25 radələrində iki şəxs evinə açıq qapıdan girib, ona hücum edərək üzünə yumruq vurub əllərini bağlayıblar.

Zərərçəkmişin sözlərinə görə, cinayətkarlar ondan pul və qiymətli əşyaların harada olduğunu göstərməsini tələb ediblər. Beləliklə, onlar G.Bəyməmmədlidən 2150 manat, 2000 dollar məbləğində pul və 3000 manat dəyərində qızıl-zinət əşyaları götürüb qaçıblar.

Pul və qızıl əşyaların gənc qadının qayınanasına məxsus olduğu qeyd edilir.

Hazırda polis şikayətçinin sözlərinin həqiqətə uyğun olub-olmadığını araşdırır.

G.Bəyməmmədlinin həqiqəti gizlətdiyinə dair şübhələr var. Hələlik qarət faktı ilə bağlı həbs olunanlar yoxdur.

Bununla yanaşı, son iki gündə paytaxtda beş qarət hadisəsi qeydə alınıb.             

Ramella İbrahimxəlilova

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri