12 
Mar
2020
13:32
12
138
2526
Virtual karabakh

DİN: Şirvan sakini atasını öldürməzdən əvvəl qardaşını bıçaqlayıb

12 Mar, 2020
13:32
2526

DİN: Şirvan sakini atasını öldürməzdən əvvəl qardaşını bıçaqlayıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Daxili İşlər Nazirliyi (DİN) Şirvanda baş vermiş qətllə bağlı məlumat yayıb.

Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, martın 11-də Şirvan şəhərində yaşayan Elşən Xanışovun evində ailə-məişət münaqişəsi zəminində ölüm hadisəsi baş verib. Belə ki, Elşən qardaşı Elçinə bıçaqla xəsarət yetirib və onları sakitləşdirməyə cəhd göstərən atası Zeynalı itələyib. Sonuncu pilləkəndən yıxılaraq ölüb. Hadisə ilə əlaqədar dərhal Şirvan şəhər polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Təxirəsalınmaz istintaq və əməliyyat tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən E.Xanışov saxlanılıb.

Şirvan şəhər prokurorluğu tərəfindən araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri