14 
Mar
2020
14:23
33
213
3572
Virtual karabakh

Bakıda dostlar arasında zarafat bıçaqlanma ilə nəticələndi

14 Mar, 2020
14:23
3572

Bakıda dostlar arasında zarafat bıçaqlanma ilə nəticələndi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakının Nərimanov rayonunda qanlı cinayət hadisəsi törədilib. Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib. 

Bildirilir ki, martın 13-nə keçən gecə Ağa Nemətulla küçəsində əvvəllər məhkum olunmuş İlkin Hüseynov (1990-cı il təvəllüdlü) qarın boşluğuna nüfuz edən bıçaq yarası alıb. Zərərçəkən 3 saylı şəhər klinik xəstəxanasına yerləşdirilib.

Sözügedən ərazidə 18-ci Polis Bölməsinin əməkdaşları araşdırma zamanı ağır bədən xəsarəti yetirməkdə şübhəli bilinən şəxsi müəyyənləşdiriblər. Məlum olub ki, bu, zərərçəkənin yaxın dostu Elvin Həsənovdur (1999-cu il təvəllüdlü).

Lakin zərərçəkən şəxs E.Həsənovun təqsirkar omadığında israr edir. Onun sözlərinə görə, həmin gecə onlar zarafatlaşıblar və bıçaqlama təsadüfən olub.

İ.Hüseynov dostu ilə bağlı polisə şikayət etməyəcəyini deyib.

Qeyd edək ki, zərərçəkən şəxs əvvəllər Cinayət Məcəlləsinin 263-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) və 332-ci (Tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma) maddələri ilə məhkum edilib.

Faktla bağlı istintaq davam edir. 

Ramella İbrahimxəlilova

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri