16 
Mar
2020
14:04
24
195
2710
Virtual karabakh

Bakıda nəfəslikdən daxil olub, evi qarət etdilər

16 Mar, 2020
14:04
2710

Bakıda nəfəslikdən daxil olub, evi qarət etdilər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ötən şənbə günü Bakının Suraxanı rayonunda evdən oğurluq edilib.

Bu barədə Oxu.Az- a Suraxanı rayonu Polis İdarəsindən məlumat daxil olub.

Bülbülə qəsəbəsində naməlum şəxs yaşayış binasının birinci mərtəbəsində yaşayan 42 yaşlı Fuad Əliyevin mənzilinə nəfəslik vasitəsilə daxil olub.

Həmin şəxs evdən 7500 manat, 10200 ABŞ dolları və 7500 manat dəyərində qızıl-zinət əşyaları oğurlayıb.

Daha sonra o, binanın həyətindən F.Əliyevə məxsus “Şkoda” markalı avtomobili qaçırıb.

Zərərçəkənin beş gün evdə olmadığı məlum olub.

Faktla bağlı araşdırma 31-ci Polis Bölməsinin əməkdaşları tərəfindən aparılır.

Hələlik saxlanılan yoxdur.

Ramella İbrahimxəlilova

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri