17 
Mar
2020
12:15
126
145
7442
Virtual karabakh

Bakıda kişi arvadını xəyanətdə günahlandıraraq öldürdü - MƏHKƏMƏ

17 Mar, 2020
12:15
7442

Bakıda kişi arvadını xəyanətdə günahlandıraraq öldürdü - MƏHKƏMƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı Apellyasiya Məhkəməsində həyat yoldaşını öldürməkdə təqsirli bilinən Faiq İbrahimovun barəsində hökmdən apellyasiya şikayətinə baxılıb.

Oxu.Az xəbər verir ki, hakim Namiq Məmmədovun sədrlik etdiyi iclasda qərar elan olunub.

Qərara əsasən, onun şikayəti təmin edilməyib.

Qeyd edək ki, F.İbrahimov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 18 il müddətinə azadlıqdan məhrum edilib.

Hadisə ötən ilin iyun ayında Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində baş verib. Abşeron rayon sakini, 38 yaşlı İbrahimov Faiq Əliqulu oğlu dini nikah bağladığı həyat yoldaşı, 41 yaşlı İbrahimova Xavər Arif qızının iş yerində sinə və boğaz nahiyəsinə iki bıçaq xəsarəti yetirib.

Xəstəxanada qeydiyyatçı işləyən Xavər İbrahimova aldığı zərbələrdən hadisə yerində dünyasını dəyişib.

F.İbrahimov arvadını xəyanət üstündə öldürdüyünü bildirib. O, məhkəmədə deyib ki, həyat yoldaşını öldürmək niyyəti olmayıb:

“Xavər işləyən xəstəxanada həkimə getmişdim. Həkim orada olmadığına görə qayıtdım. Xəstəxanadan çıxanda Xavər məni çağırdı. Söhbət zamanı mübahisə elədik. O, xəyanət etdiyini təsdiqlədi. Nalayiq ifadə işlətdi. Onu necə vurmağımı xatırlamıram".

Məhkum olunmuş şəxs ibtidai istintaqdakı ifadəsində qadının saçından tutaraq yerə uzatdığını, boynunu kəsmək istədiyini də bildirib.

O, X.İbrahimovanın Rəşad Rəsulov adlı şəxslə münasibətdə olduğunu bildirsə də, şahid qismində ifadə verən R.Rəsulov mərhumla yaxın, səmimi, dost münasibətində olduğunu deyib.

F.İbrahimova Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adamöldürmə) və 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adamöldürmə) maddələri ilə ittiham verilib.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri