21 
Mar
2020
11:47
170
26
2608
Virtual karabakh

Balakəndə quldurluq edən əmioğlular tutuldu - FOTO

21 Mar, 2020
11:47
2608

Balakəndə quldurluq edən əmioğlular tutuldu - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Balakən Rayon Polis Şöbəsinə rayonun Gərəkli kəndində baş vermiş quldurluq hadisəsi barədə məlumat daxil olub.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, polis əməkdaşları tərəfindən aparılmış araşdırmalarla müəyyən edilib ki, martın 17-də saat 23 radələrində kənd sakini Vaqif Rüstəmova məxsus mağazaya oğurluq məqsədilə gəlmiş iki nəfər mağaza sahibinin orada olduğunu öyrənəndən sonra onu arxadan boğaraq, bıçaqla xəsarət yetirmək istəyiblər. V.Rüstəmov həmin şəxslərə qarşı müqavimət göstərdikdə onlar qaçaraq, ərazidən uzaqlaşıblar.

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq cinayətini törətmiş şəxslərin zərərçəkmişin həmkəndliləri, əvvəllər məhkum olunmuş 23 yaşlı Abdulla Abdullayev və 27 yaşlı Orxan Abdullayev olduqları müəyyən edilib. Onlar şübhəli şəxs qismində saxlanılıb, törətdikləri cinayət əməlini etiraf ediblər. 

Hər iki şəxs barəsində Balakən RPŞ-də Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, onların digər cinayət əməllərində iştiraklarının olub-olmaması araşdırılır.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri