30 
Mar
2020
22:33
71
370
10478
Virtual karabakh

Bakıda qadın paltarı geyinmiş kişi oğurluq etmək istəyərkən kameralara düşdü - VİDEO

30 Mar, 2020
22:33
10478

Bakıda qadın paltarı geyinmiş kişi oğurluq etmək istəyərkən kameralara düşdü - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda qadın paltarı geyinmiş kişi oğurluq etmək istəyərkən kameralara düşüb. 

APA-nın məlumatına görə, hadisə Binəqədi rayonu Biləcəri qəsəbəsi 4-cü Dağlıq küçəsində qeydə alınıb. 

Həmin ünvanda yerləşən Esmira Məmmədovaya məxsus mağazadan oğurluğa cəhd olub.  

Oğurluq etmək istəyən şəxs əvvəlcə mağazanın içərisinə fənərlə baxış keçirib. Daha sonra o mağazanın qapısını kustar üsulla hazırladığı xüsusi açarla açmaq istəyib.  

Satıcının içəridə yatdığını görən şəxs dərhal hadisə yerindən qaçıb. Bütün bunlar mağazanın təhlükəsizlik kameralarına düşüb. 

Görüntülərə baxarkən məlum olub ki, həmin şəxs kişi olsa da, qadın geyimində olub. Onun çiynində də qadın çantası asılıb. 

Hadisə barədə polisə məlumat verilib. 

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri