Apr
2020
10:05
201
43
3517
Virtual karabakh

Astarada narkotacir saxlanıldı: Evindən dörd kiloqramdan artıq narkotik çıxdı - VİDEO

2 Apr, 2020
10:05
3517

Astarada narkotacir saxlanıldı: Evindən dörd kiloqramdan artıq narkotik çıxdı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Astara Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 4 kiloqrama yaxın narkotik vasitə, əlavə olaraq psixotrop maddə və narkotik tərkibli həblər aşkarlanaraq, qanunsuz dövriyyədən çıxarılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Astara RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, rayonun Səncərədi kənd sakini Azər Əliyev 30 qram narkotik vasitə - tiryəki satarkən cinayət başında saxlanılıb.

Əməliyyat tədbirlərinin davamı olaraq, onun Səncərədi kəndindəki yaşadığı evə keçirilən baxış zamanı oradan 3 kiloqram 900 qram narkotik vasitə olan tiryək, 447 ədəd narkotik tərkibli metadon həbi, 35 qram psixotrop maddə metamfetamin və narkotik vasitələrin satışında istifadə etdiyi elektron tərəzi aşkarlanaraq götürülüb.

Faktla bağlı Astara RPŞ-nin istintaq bölməsində araşdırma aparılır.

 

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri