Apr
2020
14:01
247
25
1524
Virtual karabakh

Şəmkirdə qadınlara qarşı cibgirlik edən şəxs saxlanıldı - VİDEO

Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən sərnişinlərin sıx olduğu vaxtlarda rayondaxili avtobuslarda cibgirlik edən, əvvəllər dəfələrlə məhkum olunmuş Gəncə şəhər sakini, 56 yaşlı Rövşən İsmayılov saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, araşdırma zamanı həmin şəxsin cari ilin fevral-mart aylarında avtobuslarda, ümumilikdə, üç vətəndaşın çantasından pul, mobil telefon və digər qiymətli əşyalar oğurladığı müəyyən edilib.

Faktlarla bağlı Şəmkir Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işinə başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir. R.İsmayılovun Şəmkir, eləcə də digər qonşu şəhər və rayonların ərazisində də analoji cinayətlər etdiyi istisna olunmur. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə ərazi üzrə polis idarə, şöbə və bölmələrinə, habelə DİN-in “102” Zəng Mərkəzinə məlumat verə bilərlər.

 

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri