10 
Apr
2020
10:23
11
197
2794
Virtual karabakh

Ağcabədidə yeniyetmələr arasında bıçaqlaşma

10 Apr, 2020
10:23
2794

Ağcabədidə yeniyetmələr arasında bıçaqlaşma

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ağcabədidə 17 yaşlı oğlan bıçaqlanıb.

APA-nın məlumatına görə, hadisə Üzeyir Hacıbəyli prospektində qeydə alınıb.

Rayon sakini, 2003-cü il təvəllüdlü Kamil İsmayılov münaqişə zəminində tanışı, 2003-cü il təvəllüdlü Sənan Rüstəmova bıçaqla bir neçə zərbə vurub.

S.Rüstəmov xəstəxanaya çatdırılıb. Onun həyatını xilas etmək mümkün olub.

Hüquq-mühafizə orqanları tərəfindən K.İsmayılov saxlanılıb.

Faktla bağlı Ağcabədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29.120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb, zəruri istintaq tədbirləri davam etdirilir.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri