22 
May
2020
11:38
121
39
1581
Virtual karabakh

İTV-nin çəkiliş avadanlıqlarını oğurlayan şəxs tutuldu - FOTO/VİDEO

Mayın 21-də günorta saatlarında Səbail rayonu Rəşid Behbudov adına Mahnı Teatrının qarşısında İctimai Televiziya və Radio Yayımları Şirkətinin əməkdaşları çəkiliş edən zaman kanalın avadanlıqları naməlum şəxs tərəfindən oğurlanıb.

Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. 

Bu barədə polisə məlumat verən televiziyanın əməkdaşları oğurlanan iki ədəd çəkiliş relsinin dəyərinin 1 800 ABŞ dolları (3060 AZN - red.) olduğunu bildiriblər.

Ərazi üzrə Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən Ağdaş rayon sakini, əvvəllər məhkum olunmuş Füzuli Hüseynov saxlanılıb.

O, ifadəsində qeyd edib ki, oğurladığı relsləri Xətai rayonunda yerləşən əlvan metal qəbulu məntəqəsinə 60 manata satıb. Bölmə əməkdaşları tərəfindən həmin avadanlıqlar satıldığı yerdə aşkarlanıb və maddi sübut kimi götürülüb.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri