23 
May
2020
13:27
120
65
2821
Virtual karabakh

Lənkəranda yaşayış evində külli miqdarda tiryək aşkarlandı - FOTO

23 May, 2020
13:27
2821

Lənkəranda yaşayış evində külli miqdarda tiryək aşkarlandı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Lənkəranda yaşayış evində külli miqdarda tiryək aşkarlanıb.

Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupu məlumat yayıb.

Bildirilib ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini Mehman Əliyev saxlanılıb.

Onun özünün də iştirakı ilə yaşadığı evə keçirilən baxış zamanı oradan 17 bükümdə ümumi çəkisi 614 qram narkotik vasitə tiryək aşkarlanaraq götürülüb.

Faktla bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsinin istintaq bölməsində araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri