26 
May
2020
14:26
79
188
13969
Virtual karabakh

Gəncədə qonaqlıqdan sonra evində amansızlıqla qətlə yetirilən şəxs keçmiş polis imiş - TƏFƏRRÜAT

26 May, 2020
14:26
13969

Gəncədə qonaqlıqdan sonra evində amansızlıqla qətlə yetirilən şəxs keçmiş polis imiş - TƏFƏRRÜAT

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gəncə şəhərində, Təbriz küçəsi, 48 saylı ünvanda kəsici-deşici alətlə öldürülən şəxs keçmiş polis olub.

Oxu.Az-ın məlumatına görə, mayın 26-da, saat 8 radələrində evində meyiti tapılan Gəncə şəhər sakini, 1959-cu il təvəllüdlü Asim Yusifov uzun illər Gəncə Baş Polis İdarəsində müstəntiq işləyib.

O, xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə çıxıb.

Onun evində yeyib-içmək məclisindən sonra tanışı tərəfindən qətlə yetirildiyi bildirilir.

Faktla bağlı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib, şahidlər dindirilib və digər təxirəsalınmaz istintaq hərəkətləri aparılıb.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri