27 
May
2020
09:26
11
409
4660
Virtual karabakh

Bakıda ata dilənmək istəməyən 11 yaşlı oğlunu başından bıçaqladı - FOTO

Bakıda bıçaqlanma hadisəsi baş verib.

Report xəbər verir ki, hadisə Suraxanı rayonunun Xanlar Ələkbərov küçəsində qeydə alınıb.

Bu küçədə yaşayan İsmayılov Fikrət Hüseynqulu oğlu, övladı 2009-cu il təvəllüdlü İsmayılov Canəlinin baş nahiyəsinə yumruq və bıçaqla xəsarətlər yetirib.

Azyaşlı aldığı zərbələrdən huşunu itirib. Yaralı əraziyə çağırılan təcili tibbi yardımla xəstəxanaya çatdırılıb.

Müayinə zamanı onun baş ənsə nahiyəsində kəsilmiş-deşilmiş bıçaq yarası və çoxsaylı yumruq zədələri aşkarlanıb.

Azyaşlının anası “Report”a bildirib ki, F.İsmayılov narkotik aludəçisidir və üç övladını dilənçilik etməyə məcbur edir. Sonuncu hadisə isə C.İsmayılovun atasının hərəkətinə etiraz etdiyi üçün baş verib.

Belə ki, 11 yaşlı yeniyetmənin dilənmək istəməməsi bıçaq və yumruq zərbələrinə məruz qalması ilə nəticələnib.

Faktla bağlı ailə üzvləri tərəfindən Suraxanı Rayon Polis İdarəsinə şikayət olunub.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri