28 
May
2020
12:09
163
21
2501
Virtual karabakh

Bakıda mənzil qarət edən 54 yaşlı qadın tutuldu

28 May, 2020
12:09
2501

Bakıda mənzil qarət edən 54 yaşlı qadın tutuldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda mənzil qarət olunub.

Trend-in məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonu, Maştağa qəsəbəsində baş verib.

Naməlum şəxs qəsəbə sakini Kərim Rəcəbovun evinə daxil olaraq, oradan 600 manat pulu və 10 manat dəyərində stəkan dəstini oğurlayıb.

Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Lerik rayon sakini, əvvəllər məhkum olunmuş 1966-cı il təvəllüdlü Bağdagül Məmmədova saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri