30 
May
2020
11:10
163
37
2899
Virtual karabakh

Hovuzda narkotik yetişdirən Balakən sakini tutuldu - FOTO/VİDEO

30 May, 2020
11:10
2899

Hovuzda narkotik yetişdirən Balakən sakini tutuldu - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Balakən və Zaqatala Rayon Polis Şöbələrinin əməkdaşları tərəfindən narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərə qarşı növbəti əməliyyat tədbirləri keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə,  Balakən Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini, 28 yaşlı Röyal Yetərov saxlanılıb.

Onun Mahamalar kəndində kirayədə yaşadığı evə baxış keçirilən zaman su hovuzunun içərisində xüsusi aqrotexniki qaydada qulluq göstərməklə yetişdirdiyi 33 ədəd çətənə bitkisi aşkar edilərək maddi sübut kimi götürülüb.

Zaqatala Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayonun Muxax kənd sakini Rafael Laçınovun yaşadığı evin həyətyanı sahəsinə baxış zamanı doqquz ədəd kultivasiya yolu ilə yetişdirilən çətənə kolu aşkar edilib. R.Laçınov şübhəli şəxs qismində saxlanılıb.

Faktlarla bağlı RPŞ-lərdə araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri