İyn
2020
12:46
132
38
11123
Virtual karabakh

Azərbaycanda narkotiklə tutulan kişi vəzifəli şəxsin oğlu imiş, silahla gəzirmiş - TƏFƏRRÜAT + FOTO

3 İyn, 2020
12:46
11123

Azərbaycanda narkotiklə tutulan kişi vəzifəli şəxsin oğlu imiş, silahla gəzirmiş - TƏFƏRRÜAT + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Balakəndə narkotik satarkən saxlanılan Şamil Qarayev haqqında bəzi faktlar üzə çıxıb.

Hüquq-mühafizə orqanlarından Oxu.Az-a verilən məlumata görə, Ş.Qarayev rayonun Balakən Rayon İcra Hakimiyyətinin Gərəkli kəndi üzrə icra nümayəndəsi Azər Qarayevin oğludur. 

Əvvəllər də məhkum olunmuş Ş.Qarayevin kənd ərazisində odlu silahla gəzdiyi bildirilir.

Qeyd edək ki, Ş.Qarayev rayon ərazisində narkotik satarkən saxlanılıb. Onun üzərinə baxış zamanı 26 bükümdə narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.

Dursun Tağıyeva

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri