İyn
2020
12:02
27
186
11933
Virtual karabakh

Bakıda gözətçini marketdə qətlə yetirənlərin görüntüləri yayıldı - VİDEO

5 İyn, 2020
12:02
11933

Bakıda gözətçini marketdə qətlə yetirənlərin görüntüləri yayıldı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda mağaza gözətçisini qətlə yetirən şəxslərin görüntüləri yayılıb.

Oxu.Az xəbər verir ki, iyunun 1-də, səhər saat 6:00 radələrində Sabunçu rayonunun Kürdəxanı qəsəbəsi ərazisində yerləşən mağazanın anbarında orada işləyən Bakı şəhər sakini, 1955-ci il təvəllüdlü Hüseyn Əhmədovun üzərində zorakılıq əlamətləri olan meyiti aşkar edilib.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.11 (quldurluq, hədə-qorxu ilə tələb etməklə əlaqədar adam öldürmə) və 181.3.3-cü (zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla quldurluq) maddələri ilə cinayət işinə başlanılıb.

Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisə ilə bağlı Tərtər rayon sakini, 1993-cü il təvəllüdlü Fuad Yusifli və Kürdəmir rayon sakini, 1992-ci il təvəllüdlü Sadiq Cəlalov tutulublar.

Faktla bağlı Daxili İşlər Nazirliyinin yaydığı videonu təqdim edirik:

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri