İyn
2020
10:29
56
128
2110
Virtual karabakh

Xaçmazda həyətyanı sahədə 41 çətənə kolu aşkarlandı - VİDEO

6 İyn, 2020
10:29
2110

Xaçmazda həyətyanı sahədə 41 çətənə kolu aşkarlandı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb edilməsi istiqamətində uğurlu əməliyyat tədbirləri davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən daxil olmuş məlumat əsasında keçirilmiş əməliyyat tədbirləri ilə rayon sakini Şöhrət Quliyev saxlanılıb.

Onun yaşadığı ünvana baxış keçirilən zaman həyətyanı sahədən xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş 41 ədəd çətənə kolu aşkarlanaraq götürülüb.

Dindirilmə zamanı Ş.Quliyev kolları şəxsi istifadə üçün əkib-becərdiyini etiraf edib.

Faktla bağlı Xaçmaz Rayon Polis Şöbəsinin Təhqiqat Bölməsində araşdırma aparılır.

 

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri