İyn
2020
10:50
22
176
3366
Virtual karabakh

Bakıda 39 yaşlı qadını bıçaqladılar

6 İyn, 2020
10:50
3366

Bakıda 39 yaşlı qadını bıçaqladılar

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakının Nərimanov rayonunda yaşayan qadın bıçaqlanıb.

Hüquq-mühafizə orqanlarından Oxu.Az-a verilən məlumata görə, iyunun 5-də saat 23:20 radələrində Lənkəran rayon sakini, 1981-ci il təvəllüdlü Sevinc Nəsirova sinəsində və əlində bıçaq yaraları ilə 5 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.

Xəstənin vəziyyəti ağır olduğundan, hüquq-mühafizə orqanlarının əməkdaşları cinayətin təfərrüatını müəyyənləşdirmək üçün onu dindirə bilməyiblər. Qadına ağır bədən xəsarəti yetirməkdə şübhəli bilinən şəxsin kimliyi hələlik müəyyənləşdirilməyib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Ramella İbrahimxəlilova

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri