İyn
2020
12:41
216
38
1867
Virtual karabakh

Balakəndə bir tondan çox narkotik vasitə məhv edildi - FOTO

6 İyn, 2020
12:41
1867

Balakəndə bir tondan çox narkotik vasitə məhv edildi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Balakən Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Kortala kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli çətənə kolları aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, ümumi çəkisi 1 ton 200 kiloqram olan yabanı çətənə kolları polis əməkdaşları tərəfindən kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

Faktla bağlı araşdırma aparılır.

Xatırladaq ki, bu günlərdə eyni kənddə ümumi çəkisi 2 ton 150 kiloqram olan yabanı çətənə kolları polis əməkdaşları tərəfindən kökündən çıxarılaraq yandırılmışdı.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri