20 
İyl
2020
13:10
15
247
5590
Virtual karabakh

Sumqayıtda 25 yaşlı gənc amansızlıqla qətlə yetirildi - VİDEO

20 İyl, 2020
13:10
5590

Sumqayıtda 25 yaşlı gənc amansızlıqla qətlə yetirildi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İyulun 19-da, saat 23 radələrində Sumqayıt şəhəri ərazisində 1995-ci il təvəllüdlü Ramid Sevindikzadənin öldürülməsi barədə məlumat daxil olub.

Baş Prokurorluqdan verilən məlumata görə, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

İstintaqla 2003-cü il təvəllüdlü Fərid Əzizlinin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Ramid Sevindikzadəyə bıçaq zərbələri vurub onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Fərid Əzizli şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri həyata keçirilir.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri