28 
İyl
2020
17:12
196
36
3972
Virtual karabakh

Rusiya İranda fəaliyyət göstərən cinayətkar dəstənin üzvünü Azərbaycana təhvil verdi

28 İyl, 2020
17:12
3972

Rusiya İranda fəaliyyət göstərən cinayətkar dəstənin üzvünü Azərbaycana təhvil verdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rəsmi Moskva İranda qanunsuz silahlı qruplaşmada iştirak edən azərbaycanlını Bakıya ekstradisiya edib.

Bu barədə Rusiya Federasiyası Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb:

“Azərbaycan tərəfinin tələbi ilə Rusiya Federasiyasının Baş Prokurorluğu Mehdi Şükürovu cinayət məsuliyyətinə cəlb edilməsi üçün ekstradisiya edib. O, terrorçuluq məqsədilə təlimlər keçmək və Azərbaycan Cinayət Məcəlləsində qanunla nəzərdə tutulmayan silahlı qruplaşmanın fəaliyyətində iştirak etməklə bağlı cinayətlər törətməkdə ittiham olunur”.

İstintaqın məlumatına görə, 2016-cı ilin mart ayında Şükürov Azərbaycandan İrana köçüb və burada ağır və xüsusilə ağır cinayətlər törədib, o cümlədən terrorçuluq məqsədilə yaradılan qanunsuz silahlı dəstəyə qoşulub:

“Bundan sonra o, adıçəkilən qanunsuz silahlı qruplaşmanın fəaliyyətində iştirak edib. O, terror xarakterli cinayətlər törətmək məqsədilə silah, partlayıcı cihazlardan, eləcə də, digər təhlükəli texniki vasitələrdən istifadə üzrə təlim keçib”.

Azərbaycan Baş Prokurorluğu onun Rusiya ərazisində yerləşməsi ilə əlaqədar olaraq ekstradisiyası ilə bağlı müraciət göndərib və bu müraciət mart ayında təmin edilib.

“Xüsusi məhkəmə konvoylarının müşayiəti ilə Şükürov vətəninə təslim edilib”, - məlumatda bildirilir.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri