26 
Avq
2020
11:58
194
33
13093
Virtual karabakh

Azərbaycanda kriminal avtoritet tutuldu: Gürcü Mindiya Qoradze ilə həbsdə yatıb - FOTO/VİDEO

26 Avq, 2020
11:58
13093

Azərbaycanda kriminal avtoritet tutuldu: Gürcü Mindiya Qoradze ilə həbsdə yatıb - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupu məlumat yayıb.

Bildirilib ki, Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər Azərbaycan, Rusiya və Gürcüstanda dəfələrlə məhkum olunmuş, kriminal aləmdə “Krıtı Malış Gəncəli” ləqəbi ilə tanınan 42 yaşlı Zaur İsmayılov şəhər ərazisindəki çayxanaların birində saxlanılaraq, Kəpəz Rayon Polis İdarəsinə gətirilib.

Onun üzərində şəxsi axtarış keçirilən zaman bir ədəd, atəşə yararlı, kustar üsulla hazırlanmış, “naqan” tipli revolver tapança, həmin tapançanın barabanından isə dörd ədəd atəşə yararlı  9 mm kalibrli “Makarov” tipli tapançanın patronları aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, “Krıtı Malış Gəncəli” gürcü avtoritet Mindiya Qoradze ilə bir yerdə həbsdə yatıb və onunla yaxın əlaqələri olub.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri