29 
Avq
2020
11:28
22
267
10701
Virtual karabakh

Azərbaycanda kollec müəllimi amansızlıqla qətlə yetirildi - YENİLƏNİB

29 Avq, 2020
11:28
10701

Azərbaycanda kollec müəllimi amansızlıqla qətlə yetirildi - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gəncə prokurorluğu qətl hadisəsi ilə bağlı məlumat yayıb.

Bildirilib ki, avqustun 28-da saat 21 radələrində 1953-cü il təvəllüdlü Yusif Dəmirov Gəncə şəhərində kirayədə yaşadığı mənzildə çoxsaylı bıçaq zərbələri yetirilərək öldürülüb.

Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib və digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib.

09:13

Gəncədə qətl hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə M.Gəncəvi küçəsində qeydə alınıb.

Sözügedən küçədə yaşayan Dəmirov Yusif Fərhad oğlu evdə bıçaqla qətlə yetirilib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Hadisənin baş verməsi səbəbləri və qətlin kim tərəfindən törədildiyi araşdırılır.

Qeyd edək ki, qətlə yetirilən şəxs Gəncə Tibb Kollecinin Azərbaycan tarixi müəllimidir.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri