Sen
2020
15:18
257
28
3335
Virtual karabakh

Bakıda 11 yaşlı uşağına işgəncə verən anadan polisə şikayət edildi

9 Sen, 2020
15:18
3335

Bakıda 11 yaşlı uşağına işgəncə verən anadan polisə şikayət edildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı şəhərində 11 yaşlı uşaq valideynlərindən biri tərəfindən təhqir və fiziki zorakılığın qurbanı olub.

Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Səkkiz sentyabr tarixində paytaxt sakini İ. Abdullayev (1982-ci il təvəllüdlü) Nəsimi rayonunun 19-cu polis bölməsinə müraciət edib.

Kişi bildirib ki, həmin gün keçmiş həyat yoldaşı E. Abdullayeva (1986-cı il təvəllüdlü) 11 yaşlı oğlu Əliyara qəsdən xəsarət yetirib.

Onun sözlərinə görə, qadın uşağın əlini mətbəxdəki sobanın üstündə yandırıb.

İ. Abdullayev keçmiş həyat yoldaşının qəddar davranışlarının səbəbini izah edə bilməyib.

Hazırda polis əməkdaşları hadisənin təfərrüatını araşdırır. İndiyə qədər bu faktla bağlı heç kim saxlanılmayıb.

Məlum olub ki, valideynlər yardım üçün həkimlərə müraciət etməyiblər.

5 saylı Şəhər Klinik Xəstəxanasının Yanıq şöbəsindən Oxu.Az-a verilən məlumatda bildirilir ki, kömək üçün onlara müraciət edənlərin siyahısına 11 yaşlı Əliyar Abdullayevin adı düşməyib. 

Qeyd edək ki, oxşar hadisə bu həftə Sumqayıtda baş verib. Ögey ata bıçağı qızdırıb 11 yaşlı uşağın əlinin üzərinə basıb.

Yeniyetmə qız atalığının əlindən qaçaraq kömək üçün qonşulara müraciət edib və onlar da öz növbəsində “102” xidmətinə məlumat veriblər.

Bildirilir ki, qızın valideynləri qonşuları təhdid edərək, ailənin işlərinə qarışmamağı tələb ediblər.

Sosial şəbəkələrdə ictimailəşdirilən hadisə hüquq müdafiəçilərinin diqqət mərkəzindədir.

Ramella İbrahimxəlilova

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri