15 
Sen
2020
21:14
155
24
2767
Virtual karabakh

Kürdəmir sakini olan üç nəfər narkotiklə saxlanıldı - FOTO

15 Sen, 2020
21:14
2767

Kürdəmir sakini olan üç nəfər narkotiklə saxlanıldı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kürdəmir Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları əməliyyat-axtarış tədbirləri həyata keçiriblər. 

”Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, nəticədə Kürdəmir şəhər sakini, əvvəllər məhkum olunmuş Şaiq Faiq oğlu Əhmədovdan 7.551 qram heroin, 2.225 qram metamfetamin, 0.44 qram qurudulmuş marixuana götürülüb.

Eyni zamanda Kürdəmir rayonunun Atakişili kənd sakini, əvvəllər məhkum olunmuş Ramil Arif oğlu Bünyatovdan 4.013 qram heroin, 0.58 qram marixuana, 0.352 qram metamfetamin, Atakişili kəndinin digər sakini İldırım Soltan oğlu Əsədovdan 0.358 qram heroin aşkar olunaraq götürülüb.

Hər üç şəxs şübhəli şəxs qismində saxlanılaraq Kürdəmir Rayon Polis Şöbəsinə gətirilib. Onlar ilkin dindirmə zamanı törətdikləri cinayət əməlini etiraf ediblər.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq davam etdirilir.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri