19 
Sen
2020
12:38
30
160
2643
Virtual karabakh

Bakıda gün ərzində bir neçə külli miqdarda oğurluq edildi

19 Sen, 2020
12:38
2643

Bakıda gün ərzində bir neçə külli miqdarda oğurluq edildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

24 saat ərzində Bakıda bir neçə külli miqdarda oğurluq, o cümlədən mənzildən oğurluğu törədilib.

Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Bunlardan biri Binəqədi rayonunda qeydiyyata alınıb. Naməlum şəxslər 1979-cu il təvəllüdlü Mahirə Tağıyevanın evinə girərək, 10 000 manat pul və 5 000 manat dəyərində qızıl zinət əşyaları oğurlayıblar.

Başqa bir külli miqdarda oğurluq hadisəsi Səbail rayonunda törədilib. 1980-ci il təvəllüdlü Zərinə Seydiyevanın evindən 25 000 manat oğurlanıb. Qadın oğurluğun onun evində işləyən usta tərəfindən törədildiyindən şübhələnir. Lakin həmin şəxsin günahı hələ sübuta yetirilməyib. Bu faktla bağlı istintaqı 8-ci polis bölməsinin əməkdaşları aparır.

Həmin rayonun ərazisində, T.Elçin küçəsində yerləşən və 1984-cü il təvəllüdlü Cəmil Əfəndiyevə məxsus mağazadan naməlum şəxslər 3000 dollar və 1000 manat pul aparıblar.

Xəzər rayonunun Qala qəsəbəsində Rövşən İbrahimovun fermasından 17 200 manat dəyərində yem və texnika oğurlanıb. 1-ci polis bölməsinin əməliyyatçıları artıq oğurluqda şübhəli bilinən şəxsin izinə düşüblər. 

Ramella İbrahimxəlilova

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri