Okt
2020
15:23
34
408
4900
Virtual karabakh

Bakıda iki kişi bıçaqlandı: Biri öldü

9 Okt, 2020
15:23
4900

Bakıda iki kişi bıçaqlandı: Biri öldü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qaradağ RPİ-nin 10-cu Polis Bölməsinə oktyabrın 8-də, saat 03:00 radələrində Müşfiqabad qəsəbəsi ərazisindən Qobustan rayon sakinləri Murad Bəhramov və M.Abbasəliyevin kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya gətirilməsi, M.Bəhramovun orada ölməsi barədə daxil olmuş məlumatla əlaqədar dərhal müvafiq tədbirlər həyata keçirilib.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və 10-cu Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş T.Əlixanov saxlanılaraq istintaqa təhvil verilib.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri